İQTİSADİYYAT

Samir Şərifovdan ümidverici açıqlama: İlin sonunadək bərpa olunacaq

Nazir qeyd edib ki, son 5 ildə əməyin ödənişi fondu 1,8 dəfə və yaxud 3,7 milyard manat artıb
Sputnik
BAKI, 12 noyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyası nəticəsində bir qədər kiçilmiş Azərbaycan iqtisadiyyatı daha sürətlə bərpa olunur".
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov bildirib.
Nazir deyib ki, bu ilin 9 ayında ölkədə ümumi daxili məhsulun (ÜDM) real artımı 4,8% təşkil edib, Azərbaycanın xarici ticarət dövriyyəsi 8,3% artıb. İqtisadiyyatımızın pandemiyadan əvvəlki səviyyəyə gələn il çatacağı nəzərdə tutulsa da, bu ilin sonuna qədər həmin səviyyəni bərpa edəcəyik. Bu da çox uğurlu göstəricidir.
Bundan başqa, nazir qeyd edib ki, 2022-ci ilin dövlət büdcəsində əməyin ödənişinə çəkiləcək xərclər sosialyönümlü xərclərin təxminən 60%-nə qədər və yaxud 8,1 milyard manat təşkil edəcək. Son 5 ildə əməyin ödənişi fondu 1,8 dəfə və yaxud 3,7 milyard manat artıb.