MƏDƏNİYYƏT

"Eurovision" qalibləri illər sonra müxtəlif obrazlarda bir araya gəldilər

Onlar 1990-cı və 2000-ci illərdə hit olan mahnılardan ibarət "mash up" hazırlayıblar.
Sputnik
BAKI, 12 noyabr — Sputnik. "Eurovision 2011" qalibləri Nigar CamalEldar Qasımov 10 ildən sonra yeni duet təqdim ediblər.
Sputnik Azərbaycan xəbər verir ki, onlar 1990-cı və 2000-ci illərdə hit olan mahnılardan ibarət "mash up" hazırlayıblar. Müğənnilər xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Röya Ayxan və başqalarının vaxtilə hit olmuş mahnılarını yeni aranjmanda ifa ediblər.
Mahnı üçün kamera qarşısına keçən duet ortaqları iki gün ərzində müxtəlif obrazları canlandırıblar.
Eko Ağalarovun ekranlaşdırdığı klipin bəzi səhnələrində Nigar Merilin Monro, Eldar isə Elvis Presli obrazında olub. Ekran işində aktyor Nicat Rəhimov və şairə Zəhra Bədəlbəyli də yer alıblar.
Eləcə də oxuyun:
* Zamiq türkcə oxuduğu mahnıya klip çəkdi
* Azərbaycanlı müğənni klipi üçün Türkiyədən model dəvət edib
* Müğənni idmançılarımıza klip həsr edib - O, buna görə üç aydır kikboks öyrənir
* Azərbaycanlı müğənninin mahnısına məşhur amerikalı "əl gəzdirdi"