SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan: Azərbaycanın Qarabağda qələbəsi bütün türk dünyası üçün anlam daşımaqdadır

Sputnik
BAKI, 12 noyabr — Sputnik. "Əziz qardaşım, müzəffər Ali Baş komandan cənab İlham Əliyevin qətiyyətli liderliyi ilə 30 ilə yaxın davam edən işğala 44 gün kimi qısa bir müddətdə son verildi. Bu sadəcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün anlam daşımaqdadır". Sputnik Azərbaycan xəbər verir ki, bunu İstanbulda Türk Şurası ölkələrinin VIII Zirvə toplantısında çıxışı zamanı Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Vətən müharibəsi nəticəsində illərdir həyata keçirilməyən BMT TŞ qərarları həyata keçirilib. Azərbaycan bununla da beynəlxalq birliyin hafizəsinə adələt mesajını nəqş etmişdir. Azərbaycanın öz ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini möhkəmləndirmişdir", - deyə Ərdoğan qeyd edib.
"Qarabağın azadlığının simvolu olan xarı-bülbül türk dünyası üçün zəfərin müjdəçisi olmuşdur. Qarabağ zəfəri ilə sadəcə işğal altında olan torpaqlar azad edilmədi, eyni zamanda bölgədə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və işbirliyinə aparan yolun önü açıldı. Bu vəsilə ilə əziz qardaşım cənab İlham Əliyevə Türk dünyasının ali nişanını təqdim etməkdən dərin bəxtiyarlıq duyuram, azadlıq yolunda şəhadətə yüksələn qəhrəmanlarımızı rəhmət və minnətlə yad edirəm”, - Türkiyə Prezidenti əlavə edib.
Eləcə də oxuyun:
* İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilir
* Zirvə görüşü bütün türk dünyası üçün tarixi əhəmiyyət kəsb edəcək - İlham Əliyev