BAKI, 12 noyabr — Sputnik. Bu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur. Sputnik Azərbaycan xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü ilə bağlı foto paylaşıb.
Məlumat üçün bildirək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib.