TƏHSİL

Bakıda koronavirusa görə daha bir ümumtəhsil müəssisəsi distant tədrisə keçib

Məktəbin 5 müəllim və 16 şagirdində COVID-19 testinin nəticəsi pozitiv olub.
Sputnik
BAKI, 12 noyabr — Sputnik. Bakıda koronavirusa görə daha bir ümumtəhsil müəssisəsi distant tədrisə keçib.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə Bakı Avropa Liseyində bu gündən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.
Təhsil Nazirliyindən bildirilib ki, Bakı Avropa Liseyinin 5 müəllim və 16 şagirdində COVID-19 testinin nəticəsi pozitiv olub.