CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda Aliment Fondu yaradılmalıdır - Milli Məclisin komitə sədrindən təklif

Deputat təklif edib ki, məhkəmələrdə psixoloq ştatları da yaradılmalıdır.
Sputnik
BAKI, 12 noyabr — Sputnik. 2022-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı təkliflə çıxış edib. Sputnik Azərbaycan Oxu.az-a istinadən xəbər verir ki, H.Hüseynova bildirib ki, Aliment Fondu büdcəyə yük olmayacaq: "Təklif edirəm ki, belə bir fond yaradılsın. Bu fond uşaqların müdafiəsi baxımından da önəmlidir".
H.Hüseynova onu da bildirib ki, Azərbaycanda atalıq məzuniyyəti ödənişli olmalıdır: "Təklif edirəm ki, atalıq məzuniyyətinin ödənişli olması məsələsi büdcədə nəzərdə tutulsun".
Deputat təklif edib ki, məhkəmələrdə psixoloq ştatları da yaradılmalıdır: "Məhkəmələrdə psixoloq ştatlarının olması boşanmaların qarşısını ala bilər".
Milli Məclisin komitə sədri təklif edib ki, bəzi şəhid ailələrinin, qazilərin ipoteka borcları silinsin: "Bəzi qazilər mənə müraciət edirlər ki, iki gözü də yoxdur, müharibədə itirib. Amma onun ipoteka borcu var. Bu tip qazilərin və ya şəhid ailələrinin ipoteka borcları silinsə, yaxşı olar. Belə ailələrin sayı elə də çox deyil".
Eləcə də oxuyun:
* Alimentdən qaçan kişiləri mətbuat tapmalıdır?
* "Mediasiya haqqında" Qanunun tətbiqi nəyi dəyişəcək?
* Alimentin miqdarı necə müəyyən edilir, sualının aydın izahı - VİDEO