BAKI, 12 noyabr — Sputnik. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 11-də 84,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,67 dollar/barel azdır.
Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 83,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,64 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 79,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,54 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 83,02 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,28 dollar/barel azdır.