SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Türkiyəyə gedib

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Atatürk Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Sputnik
BAKI, 11 noyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyəyə gedib.
Sputnik Azərbaycan xəbər verir ki, İlham Əliyev İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə iştirak edəcək.
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Atatürk Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Sabah İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) dövlət başçılarının VIII Zirvə görüşündə təşkilatın gələcəyi ilə bağlı əhəmiyyətli qərarlar qəbul ediləcək.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Şurası Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən iclasında çıxışı zamanı bildirib ki, bu il ilk dəfə qardaş Türkmənistanın qatılması ilə ailə fotosunu tamamlayırlar.
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
Nazir qeyd edib ki, təşkilatın adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olacaq.
Zirvədə həmçinin Ağsaqqallar Şurasının nəzərdən keçirilmiş idarəetmə mexanizmi qəbul ediləcək. Eyni zamanda müşahidəçi və ortaqlıq statusları açıq şəkildə müəyyənləşdiriləcək. "Türk Vizyonu – 2040" proqramı qəbul ediləcək.
Türk Şurası
Türk Şurası və ya Türk Gənəşi — 3 oktyabr Naxçıvanda imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında qurulmuş olan beynəlxalq təşkilatdır.
Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Keneşinə üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir.
Təməlləri 1992-ci ildən bu yana müəyyən fasilələrlə toplanan Türkcə Danışan ölkələr Zirvəsinə dayanan şuranın qurumsal mərkəzləri İstanbul (ümumi katiblik), Bakı (parlamentar assambleyası) və Nur-Sultandır (Türk Akademiyası).
Türk dövlətlərinin prezidentləri İstanbula toplaşırlar: Gündəmdə nələr olacaq?