CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əsrə bərabər gün: "Zəfər günü" Türk Şurasının gündəminə gətirildi

Mövlud Çavuşoğlunun sözlərinə görə, Azərbaycanın əldə etdiyi Zəfər regionda sabitlik və davamlı sülh fürsətinin önünü açıb.
Sputnik
BAKI, 11 noyabr — Sputnik. Noyabrın 8-də Azərbaycanın Zəfər Günü qeyd olundu.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Şurası Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən iclasında çıxışı zamanı deyib.
"Böyük qırğız yazıçısı Çingiz Aytmatovun dediyi kimi, bu, əsrə bərabər gün idi. Bu tarix əsrə bərabər gündür. Qardaş Azərbaycanı Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edirəm", - deyə Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, Azərbaycanın əldə etdiyi Zəfər regionda sabitlik və davamlı sülh fürsətinin önünü açıb.
Nazir qeyd edib ki, Transxəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi Zəngəzur dəhlizi ilə güclənəcək və bütün türk dünyasının rifahına töhfə verəcək.