BAKI, 10 noyabr - Sputnik. Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilir.
Üç kişi, dörd qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar tibbi yardım göstərilməsi üçün yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Həmçinin bu gün axşam saatlarında Səbail rayonu ərazisində hərəkətdə olan yük avtomobili güclü küləyin təsirindən minik avtomobilinin üzərinə aşıb. Nəticədə hər iki avtomobilə ziyan dəyib.
Şəhərin bəzi hissələrində küçələrdə ağaclar aşıb. "Azadlıq prospekti" metro stansiyasının yaxınlığındakı geyim mağazasının isə şüşə qapıları sınıb.