CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əlillik müddəti bitənlər yoxlamalardan keçib təkrar uzadılmasını təmin edə bilərlər

Bu il Azərbaycanda keçən illə müqayisədə iki dəfə artıq əlillik təyin olunub.
Sputnik
BAKI, 10 noyabr — Sputnik. Vətəndaşların əlillik müddəti bitdiyindən onlar aidiyyəti üzrə müraciət edərək müvafiq yoxlamalardan keçib təkrar əlilliklərinin uzadılmasını təmin edə bilərlər.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir qeyd edib ki, bu il 193 min insanın 5 illik əlillik müddəti bitir. Onların heç birinin əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saxlanılmayıb. Bu qanunvericiliklə tənzimlənən məsələdir.
O bildirib ki, bu il Azərbaycanda keçən illə müqayisədə iki dəfə artıq əlillik təyin olunub. 10 ay ərzində 45 min əlillik təyinatı həyata keçirilib.