BAKI, 10 noyabr — Sputnik. Əfqanıstanın şərqində yerləşən Laqman vilayətində Talibanın* silahlı əleyhdarları ölkədə hakimiyyəti ələ keçirən hərəkata qarşı partizan müharibəsinə başlayıblar. Bu barədə Rusiya mediası partizanların bəyanatına istinadən xəbər verir.
"Mücahidlər və hüquq, azadlıq uğrunda mübarizə aparan silahlılar ölkədə ədaləti təmin etmək və işğala son qoymaq üçün Laqman vilayətində partizan fəaliyyətlərinə və döyüşlərə başlayıblar", - deyə məlumatda bildirilib.
Taliblərlə döyüşənlər Əhməd Məsudun rəhbərlik etdiyi Milli Müqavimət Cəbhəsini dəstəklədiklərini qeyd ediblər.
Bu yaxınlarda "The Wall Street Journal" anonim mənbələrə istinadən bildirib ki, Əfqanıstan ordusunun keçmiş hərbçiləri Talibanın* təqiblərindən və növbəti zülmündən ehtiyat edərək "İslam Dövləti"* terror təşkilatının tərkibində xidmət etməyə hazırlaşırlar.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
* İŞİD - 1999-cu ildə formalaşmış, 2004-2014-cü illərdə Əl-Qaidənin tərkibinə daxil olmuş ekstremist terrorçu təşkilat. Suriya, İraq, Əfqanıstan, Misir, Yəmən, Nigeriya, Somali, Konqo DR-da müəyyən ərazilərə nəzarət edir.