CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BNA hava şəraiti ilə əlaqədar sürət həddini endirib

Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meteoroloji amilləri nəzərə alsınlar.
Sputnik
BAKI, 10 noyabr — Sputnik. Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
"Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meteoroloji amilləri nəzərə alsınlar", - deyə məlumatda deyilir.