TƏHSİL

Bakıda koronavirusa görə bağlanan məktəblərlə bağlı rəsmi açıqlama

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Sputnik
BAKI, 10 noyabr — Sputnik. Bu gün Bakıdakı 73, 207, 258 və 299 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib. Bakı Şəhəri Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hər 4 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilən qısamüddətli karantin başa çatıb. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Qeyd edək ki, ən son məlumata görə, Bakıda 47 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasına keçib. Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov mətbuata açıqlamasında bildirib ki, məktəbdaxili yoluxma şagird davamiyyətinə ciddi təsir göstərmir.