BAKI, 10 noyabr — Sputnik. Bakıda ana dünyaya gətirdiyi övladını sığınacağa atıb. Bu barədə Sputnik Azərbaycan-a "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. Sədr onun analıq hüququndan məhrum ediləcəyini bildirib: "Qeyri-rəsmi nikahdan doğulan qızımızın, təəssüf ki, anasını tapmaq mümkün deyil. Uşağın anası cəmi bir dəfə sığınacağa gəldi və "geri qayıdacam" deyib getdi. Amma bir daha gəlmədi. Hazırda dövlət qurumları da valideyni axtarır. Çox güman ki, analıq hüququndan məhrum ediləcək".
Qeyd edək ki, bir müddət öncə Bakıda ananın uşağını dayəyə verib yoxa çıxması ilə bağlı məlumat yayılmışdı. Ondan xəbər çıxmadığını görən dayə uşağı sığınacağa gətirmişdi.