VİDEO

Azərbaycan Qarabağı Qafqazın ən böyük turizm məkanına çevirəcək – ekspert

Rusiyadan Azərbaycana kruiz marşrutu digər Xəzəryanı ölkələri də əhatə edə bilər. Bunu Sputnik Azərbaycan-a müsahibəsində Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib.
Sputnik
Pandemiyadan sonrakı dövrdə Azərbaycanda turizmin inkişafından danışan ekspert müsahibəsində bildirib ki, turizm digər sahələrə nisbətən pandemiyadan daha çox zərər çəkib. Bununla belə, 2021-ci il yayın əvvəlindən regional turizm obyektləri bərpa olunmağa başlayıb.
"Çətin dövrlər geridə qalır. Çox tezliklə Azərbaycan özünü bütün dünyaya yüksək ekoloji standartlara, mədəniyyətə və ekoturizm imkanlarına malik turizm ölkəsi kimi göstərə bilər ki, bu da bu sənayenin davamlı inkişafına gətirib çıxaracaq", - deyə Dübəndi bildirib.
O vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında ekoturizm istiqamətlərinin inkişafı üçün gözəl imkanlar var: aqroturizm, gəzinti, alpinizm və ekstremal turizm fəaliyyəti.
Qarabağda tikilən üç hava limanı da orada turizm fəaliyyətinin inkişafına təkan verəcək. Əminliklə demək olar ki, Qarabağ regional, daha sonra qlobal əhəmiyyət kəsb edən ekoturizm mərkəzinə çevriləcək. Daha ətraflı videomuzda izləyə bilərsiniz.