BAKI, 9 noyabr - Sputnik. Sabah Rusiyada Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə nazirləri Şurasının növbəti iclası keçiriləcək.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu toplantıya qatılmaq üçün Moskva şəhərinə yola düşüb.
Müdafiə nazirləri Şurasının iclasında MDB ölkələri arasında hərbi sahədə əməkdaşlıq və hərbi təhlükəsizlik məsələləri müzakirə ediləcək.