RUSİYA

Rusiyalı səfir Azərbaycanda saxlanılan ermənilərdən danışdı

Bu mövzu təkcə Ermənistanın deyil, həm də Rusiya rəhbərliyinin və sülhməramlılarının daim diqqət mərkəzindədir.
Sputnik
BAKI, 9 noyabr — Sputnik. Rusiya Azərbaycanda saxlanılan ermənilərin qaytarılması ilə bağlı işləri davam etdirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Sputnik Ermənistan və 24News telekanallarına müsahibəsində bildirib.
O deyib ki, bu mövzu təkcə Ermənistanın deyil, həm də Rusiya rəhbərliyinin və sülhməramlılarının daim diqqət mərkəzindədir:
"Bir müddət əvvəl 5 nəfər Ermənistana qaytarılıb və bu iş davam edir. Moskva bununla məşğul olmağa davam edəcək. Ümid edirəm ki, problem həllini tapacaq", - səfir bildirib.
Qeyd edək ki, 2020-ci ilin 10 noyabrında üçtərəfli bəyanat imzalanandan sonra Azərbaycan tərəfi azad edilmiş ərazilərdə təxribat törətmək istəyən Ermənistandan göndərilmiş bir qrup terrorçunu ələ keçirib.