BAKI, 9 noyabr - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat katibi Mane Gevorkyanı vəzifəsindən azad edib.
Sputnik Ermənistan xəbər verir ki, bununla bağlı Paşinyan qərar imzalayıb.
Qeyd edək ki, bundan əvvəl Mane Gevorkyan Facebook səhifəsində işdən çıxmaq üçün ərizə yazdığını bildirib.
Qeyd edək ki, 32 yaşlı Gevorkyan 2020-ci il martın 2-də bu vəzifəyə təyin edilmişdi.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın sonlarında iqtisadiyyat nazirinin müavini Varos Simonyanı tutduğu vəzifədən azad etmişdi.
Simonyan 22 avqust 2019-cu ildə iqtisadiyyat nazirinin müavini təyin edilmişdi. O, daha əvvəl Ermənistanın Avropa İttifaqında ticarət attaşesi olub.
Həmçinin oxuyun: