RUSİYA

COVİD-19-a qarşı yeni preparat hazırlanıb

Skvortsova deyib ki, COVİD-19-un müalicəsi üçün etiotrop virusa qarşı "Mir-19" preparatı hazıranıb və hazırda klinik tədqiqatlarının ikinci mərhələsi başa çatmaqdadır.
Sputnik
BAKI, 9 noyabr — Sputnik. Rusiyada koronavirusa qarşı hazırlanmış "Mir-19" preparatının klinik tədqiqatlarının ikinci mərhələsi başa çatmaq üzrədir.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Federal Tibbi və Bioloji Agentliyinin rəhbəri Veronika Skvortsova bildirib.
"COVİD-19-un müalicəsi üçün etiotrop virusa qarşı "Mir-19" preparatı hazıranıb və hazırda klinik tədqiqatlarının ikinci mərhələsi başa çatmaqdadır", - deyə Skvortsova "Molekulyar Diaqnostika-2021" X Beynəlxalq Elmi-Praktik konfransında qeyd edib.