BAKI, 9 noyabr - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın paytaxtı Paris şəhərinə yola düşüb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İşgüzar səfər çərçivəsində xarici işlər nazirinin YUNESKO-nun Baş Konfransının 41-ci sessiyasında iştirak və çıxış etməsi, həmçinin bir sıra rəsmilərlə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.