BAKI, 8 noyabr — Sputnik. Bu gün Türkiyədə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, "Şuşa Zəfərindən Şuşa Bəyannaməsinə gedən dövr və birlikdən doğan Zəfərin bölgəyə geosiyasi təsirləri" adlı konsertdə müxtəlif türk dövlətlərinin nümayəndələri iştirak edəcəklər.
Tədbirin moderatoru Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attar və TÜRKSOY-un Baş katibi Düsen Kaseinovdur.