BAKI, 8 noyabr — Sputnik. AMEA Tarix İnstitutunun baş direktoru Kərim Şükürov koronavirusa yoluxub. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Tarix elmləri doktoru K.Şükurov hazırda Mərkəzi Gömrük Hospitalındadır. Onun vəziyyətinin ağır olduğu, süni tənəffüs aparatına qoşulduğu bildirilib.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin 25 may 2012-ci il tarixli Sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərin müəlliflərindən biri kimi, Kərim Kərəm oğlu Şükürova 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatı verilib. Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının qərarı ilə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomu və fəxri döş nişanı təqdim edilib.