BAKI, 8 noyabr — Sputnik. Milli Məclisin payız sessiyasının növbəti plenar iclaslarının vaxtı müəyyənləşib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Report"a parlament Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verib.
O bildirib ki, qanunverici orqanın növbəti toplantıları noyabrın 16-sı, 17-si və 18-də keçiriləcək. İclaslarda gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirə olunacaq.