İQTİSADİYYAT

Azərbaycanda sadələşdirilmiş vergi üzrə daxilolmalar azalacaq

Sputnik
BAKI, 8 noyabr — Sputnik. Gələn il Azərbaycanda sadələşdirilmiş vergi üzrə daxilolmaların 200 milyon manat təşkil edəcəyi gözlənilir.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında" qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 32,2% azdır.
Azalmaya səbəb sadələşdirilmiş vergi ödəyicilərinin əhatə dairəsinin məhdudlaşdırılması, o cümlədən bina tikintisi ilə məşğul olan şəxslərin və vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun ləğv edilməsi, eyni zamanda sadələşdirilmiş vergi ödəyiciləri olan mikrosahibkarlıq subyektlərinin mənfəət (gəlir) vergisi ödəyicilərin çevrilməsidir.