BAKI, 8 noyabr — Sputnik. Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 12 min ton aviasiya yanacağı idxal edib. Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, ilk 10 ayda Azərbaycan qonşu ölkənin bu yanacaq növünə olan tələbatının 16,3%-ni ödəyib.
Hesabat dövründə Gürcüstanın tədarük etdiyi aviasiya yanacağının ümumi həcmi 73,5 min ton (+54,7 %) təşkil edib. Qonşu ölkənin bir nömrəli tədarükçüsü 40,3 min tonla Türkmənistan (54,9 %) olub. Üçüncü əsas tədrükçü isə İtaliyadır (10,5 min ton).
Birlikdən qeyd olunub ki, aviasiya yanacağının idxalında əhəmiyyətli artım aviareyslərin bərpası ilə birbaşa bağlıdır. Bu tendensiyanın yaxın aylarda da davam edəcəyi proqnozlaşdırılır.