"Zəfər Günü" ərəfəsində Bakı necə görünür

Azərbaycan paytaxtının "Zəfər Günü"nün birinci ildönümündə necə bəzəndiyini və hansı əhval-ruhiyyədə olduğunu Sputnik Azərbaycan-ın əməkdaşı fotokameranın yaddaşına köçürüb.
Sputnik
Noyabrın 8-də Azərbaycanda Vətən Müharibəsində "Zəfər Günü" qeyd olunur. Bununla bağlı paytaxtda və regionlarda bir sıra bayram tədbirlərinin və aksiyaların keçirilməsi nəzərdə tutulub. Bakı bu günə necə hazırlaşır - Sputnik Azərbaycan-ın fotolentində.
1 / 12

Sabah, noyabrın 8-də Azərbaycanda "Zəfər Günü" qeyd olunacaq.

2 / 12

Bazar ertəsi Bakıda Vətən müharibəsində qələbənin bir illiyi münasibətilə yürüş təşkil olunacaq.

3 / 12

Yürüş Azneft meydanından Ağ Şəhər bulvarına qədər olacaq.

4 / 12

Həmçinin fləşmob və audiovizual kompozisiyanın videoproyeksiyası olacaq.

5 / 12

Saat 21.10-da Dənizkənarı Bulvarda Azərbaycanın korifey bəstəkarlarının musiqilərinin müşayiəti ilə Zəfər Günü üçün hazırlanan atəşfəşanlıq olacaq.

6 / 12

Artıq bu gündən etibarən Azərbaycan paytaxtının küçələri dövlət bayrağının rənglərinə boyanıb.

7 / 12

Üçrəngli Azərbaycan bayrağı hər yerdə əzəmətlə dalğalanır - evlərin eyvanlarında, avtomobillərin şüşələrində, insanların əllərində və çiyinlərində.

8 / 12

Bu gün demək olar ki, Bakının bütün küçələrində müharibə veteranlarına rast gəlmək mümkündür.

9 / 12

Vətən Müharibəsi iştirakçıları təbrikləri və təşəkkürləri küçədə qəbul edirlər.

10 / 12

Vətəndaşlar həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsini ehtiramla yad edirlər.

11 / 12

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu genişmiqyaslı təxribatına cavab olaraq, Azərbaycan ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başlayıb.

12 / 12

44 gün davam edən Vətən Müharibəsi otuz ilə yaxın davam edən işğala son qoyub və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatıb.