BAKI, 7 noyabr - Sputnik. Noyabrın 8-də Bakıda torpaqlarımızın işğaldan azad edilməsi və şanlı zəfər tariximizə həsr olunan musiqili atəşfəşanlıq olacaq.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanın korifey bəstəkarlarının musiqilərinin müşayiəti ilə Zəfər Günü üçün hazırlanan atəşfəşanlıq 21.10-da Dənizkənarı Bulvarda başlayacaq.
Xatırladaq ki, Azərbaycan 8 noyabrda Şuşanın və Ermənistanın işğalı altında olan ərazilərinin mühüm bir hissəsinin işğaldan azad olunmasını "Zəfər Günü" kimi qeyd edir. Bu il zəfərin 1-ci ildönümüdür. Bu münasibətlə 8-9 noyabr tarixləri Azərbaycanda bayram kimi qeyd olunur və qeyri-iş günü sayılır.