BAKI, 7 noyabr - Sputnik. Qazaxıstanda kömür şaxtasında ventilyasiya qurğusunda yaranan nasazlıq səbəbindən faciə baş verib.
Sputnik Qazaxıstan xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə Karaqandin vilayətindəki Abay şaxtasında olub. İlkin məlumatda bildirilir ki, yerli vaxtla saat 09.30 radələrində ventilyasiya qurğusunda yaranan nasazlıq nəticəsində şaxtaya metan qazı dolub.
Nəticədə 6 şaxtaçı qazdan zəhərlənərək ölüb, 2 nəfər isə xəsarət alıb.
Şaxtada hadisə vaxtı ümumilikdə 64 şaxtaçı olub.
Şaxtada hadisə vaxtı ümumilikdə 64 şaxtaçı olub.