FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Azərbaycan cüdoçuları Böyük Dəbilqə yarışlarında yeddi medal qazanıblar

Bakıda keçirilən "Böyük Dəbilqə" yarışlarının son günündə Azərbaycan cüdoçuları bir gümüş və bir bürünc medal qazanıblar.
Sputnik
1 / 12

Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən Bakı Böyük Dəbilqə yarışlarının nəticələrinə əsasən, Azərbaycan cüdoçuları biri qızıl, ikisi gümüş və dördü bürünc olmaqla yeddi medal qazanıblar.

2 / 12

Yarışın son günündə tatami sahibləri bir gümüş və bir bürünc medal qazanıblar.

3 / 12

Azərbaycan millisinin heyətində Məmmədəli Mehdiyev (90 kiloqram) finala gedən yolda Con Ceyn (ABŞ), Qoki Tacima (Yaponiya) və Luka Maysuradzeni (Gürcüstan) məğlub edərək gümüş medala sahib olub.

4 / 12

Lakin finalda Mehdiyev Kosuke Maşuyamenin (Yaponiya) xəbərdarlığı ilə məğlub olub.

5 / 12

Bakıda keçirilən Böyük Dəbilqə-2021 turnirində çıxış edən cüdoçular.

6 / 12

100 kiloqramdan yuxarı çəki dərəcəsində bürünc medalı Azərbaycan millisinin gürcüstanlı legioneri Uşanqi Kokauri qazanıb.

7 / 12

1/4 finalda Tatsuri Satoya (Yaponiya) məğlub olan Kokauri, təsəlliverici turnirdə Cemal Ərdoğanı (Türkiyə) və Sven Heynleni (Almaniya) məğlub edib.

8 / 12

Bakıda keçirilən Böyük Dəbilqə-2021 turnirində çıxış edən cüdoçular.

9 / 12

Böyük Dəbilqə-2021-in nəticələrinə görə, yerli tatami sahibləri yeddi mükafat qazanıblar.

10 / 12

Bundan əvvəl Orxan Səfərov (66 kiloqram) qızıl, Məmmədəli Mehdiyev (90 kiloqram) və İçinhorlo Munxtsedev (57 kiloqram) gümüş medal qazanıblar.

11 / 12

Bürünc medalları Rövşən Əliyev (60 kiloqram), Hidayət Heydərov (73 kiloqram), Elcan Hacıyev (81 kiloqram) və Uşanqi Kokauri (100 kiloqramdan yuxarı) qazanıblar.

12 / 12

Bakıda keçirilən Böyük Dəbilqə-2021 turnirində çıxış edən cüdoçular.