FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Həftənin fotoları: Hellouin mərasimləri, G20-yə etiraz və iqlimə diqqət

Sputnik Azərbaycan yola saldığımız həftə dünyada baş verən önəmli hadisələr zamanı çəkilmiş fotoları toplayıb.
Sputnik
Bu həftə dünya gündəmi yetərincə zəngin olub. Həftə ən çox dünyanın müxtəlif guşələrində qeyd olunun Hellouin paradları və mərasimləri ilə yadda qalıb.
Romada baş tutan G20 sammiti və BMT-nin İqlim dəyişiklikləri konfransı də diqqət mərkəzində olub. Lakin dünya siyasətçilərinin apardığı siyasətə etirazlar da gündəmi silkələyib.
Ötən həftə dünya gündəminə düşən hadisələrin fotolarına Sputnik Azərbaycan-ın hazıladığı fotolentdə baxa bilərsiz.
1 / 19

Nyu-Yorkda Hellouin paradı.

2 / 19

Palma adasında vulkan püskürməsi nəticəsində külə qərq olmuş ev.

3 / 19

Romada baş tutan "G20" sammiti günlərində keçirilən etiraz aksiyasının iştirakçıları.

4 / 19

Çilidə relsdən çıxmış lokomotivlə bir neçə yük qatarının havadan görüntüsü.

5 / 19

Fransa Prezidenti Emmanuel Makron Şotlandiyanın Qlazqo şəhərində birgə təşkil olunmuş "Great Green Wall"un (GGW- Böyük Yaşıl Divar) sessiyasında.

6 / 19

Minskdəki "Dreamland" əyləncə parkında keçirilən odlu-alovlu Hellouin şousu.

7 / 19

Meksika paytaxtında qadınlara qarşı zorakılıq və ölüm hallarını protest edən "Katrina marşı".

8 / 19

Nyu-Yorkda keçirilən Hellouin paradının iştirakçıları.

9 / 19

Haitinin Port-o-Prens şəhərindəki Milli məzarlıqda baron Samedinin ruhuna hörmət əlaməti olaraq keçirilən mərasimdə iştirak edən qadın.

10 / 19

"People for the Ethical Treatment of Animals" ("Heyvanlarla Etik davranış Tərəfdarları" – PETA) təşkilatının fəalları Londonun Pikadilli meydanında keçirdikləri aksiya zamanı.

11 / 19

Las-Veqasda baş tutan "Lingerie Fighting Championships 35: Booty Camp 3D" yarışının hakimi və iştirakçıları.

12 / 19

Haitinin Port-o-Prens şəhərindəki "Croix des Bosalles" bazarında küçə ticarətçisi dərman daşıyır.

13 / 19

Hörümçək-adam kostyumunda olan könüllü uşağı qucaqlayır – Rio-de-Janeyro, Braziliya.

14 / 19

Nepalda gülümbahar yığımı.

15 / 19

BMT-nin Baş katibi Antonio Quterreş, Böyük Britaniyanın Baş naziri Boris Conson və ser Devid Attenboro Qlazqoda keçirilən BMT-nin iqlim dəyişiklikləri konfransı zamanı.

16 / 19

İsraildə, Eyn-Bokeke yaxınlığındakı Ölü dənizdə suyun üzünə yığılmış duz kütləsi.

17 / 19

İtaliya yığmasının üzvü Alessiya Maurelli Yaponiyada keçirilən bədii gimnastika üzrə dünya çempionatındakı çıxışından sonra.

18 / 19

Moskva dumanı və it.

19 / 19

Nyu-York şəhərinin kardinalı Timoti Dolan və Amerikanın "Radio City Rockettes" rəqs qrupunun üzvləri Nyu-Yorkda Milad tamaşasının səhnələşdirilməsi zamanı. Tamaşada dəvə, uzunqulaq və qoyunlar da olacaq.