CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaşa görə orta aylıq pensiyanın 12% artacağı gözlənilir

Bu, Hesablama Palatasının "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi layihəsinə rəy"ində əksini tapıb.
Sputnik
BAKI, 6 noyabr — Sputnik. Növbəti ilin əvvəlində orta aylıq pensiya məbləğinin 341,6 manat, ilin sonunda isə bu göstəricinin 24,6 manat və ya 7,2% artaraq 366,2 manat olacağı proqnozlaşdırılır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Hesablama Palatasının "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi layihəsinə rəy"ində əksini tapıb.
Sənədə əsasən cari ilin əvvəli ilə müqayisədə 2022-ci ilin müvafiq dövründə yaşa görə pensiya növü üzrə orta aylıq pensiya məbləğinin 40,5 manat (12,2%) artması gözlənilir.
Əlilliyə görə pensiya növü üzrə orta aylıq pensiya məbləği 38,0 manat (14,6%) və ailə başçısını itirməyə görə pensiya növü üzrə orta aylıq pensiya məbləği isə 34,8 manat (13,2%) artması ehtimalı var.