CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid və qazi ailələrinin qadın üzvləri sahibkara çevrilirlər

Sahibkar qadınlar tərəfindən müharibə dövründə 1 milyon 200 min manat arxa cəbhəyə, 600 min manat ön cəbhəyə, 430 min manat məbləğində isə qazi və şəhid ailələrinə dəstək göstəriblər.
Sputnik
BAKI, 6 noyabr — Sputnik. Azərbaycanda şəhid və qazi ailəsi üzvü olan 33 qadına sahibkar olmaq üçün bilik və bacarıqlar öyrədilir. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" (AQSİA) İctimai Birliyinin İdarə Heyətinin sədri Səkinə Babayeva məlumat verib. O, bildirib ki, həmin qadınların 16-ı İkinci Qarabağ müharibəsində iştirak edən şəhid və qazi ailələrinin qadın üzvləridir:

"Biz olanlara idarəçiliyi öyrədirik. Bilik və bacarıqlarını artırmağa dəstək göstəririk. İndiyədək bizə 710-a yaxın sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün şəhid və qazi ailələrindən müraciət edən var ki, biz onları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə onların həvəslərini potensiala çevirməyə çalışırıq".

S.Babayeva bildirib ki, şəhid və qazi ailəsi üzvü olan qadınların sahibkarlıqda rollarının artırılması onların öz ailələrinə dəstəyinə səbəb olacaq.
Birlik sədri həmçinin Azərbaycanda sahibkar qadınların Vətən müharibəsi dövründə ön və arxa cəbhəyə etdiyi yardımlar barədə də məlumat verib. O, bildirib ki, Sahibkar qadınlar tərəfindən müharibə dövründə 1 milyon 200 min manat arxa cəbhəyə, 600 min manat ön cəbhəyə, 430 min manat məbləğində isə qazi və şəhid ailələrinə dəstək göstəriblər:

"Həmin dövrdə hamı bir yumruq ətrafında birləşmişdi. Qadın sahibkarlar da ilk gündən arxa cəbhədə öz dəstəklərini göstəriblər. Müharibədə cəbhəyanı ərazilərdə evlərini tərk etmək məcburiyyətində qalan, eləcə də oğlu, həyat yoldaşı müharibədə iştirak edən insanlara mənəvi və maddi cəhətdən dəstək olmaq bizim borcumuz idi. Həmin vaxt biz bu qələbədən ruhlanırdıq".

Həmçinin oxuyun:
Nazir şəhid ailələrinə və qazilərə söz verdi