BAKI, 6 noyabr - Sputnik. Rusiya və ABŞ iki ölkənin liderləri Vladimir Putin və Co Baydenin görüşündən sonra strateji sabitliyə dair konstruktiv dialoq aparırlar. RİA Novosti xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın BMT və digər beynəlxalq təşkilatlardakə daimi nümayəndəsinin müavini Andrey Belousov deyib.
Onun sözlərinə görə, eks-prezident Donald Trampın dövründə bu cür əlaqələr olmayıb.
Diplomat bildirib ki, Trampın hakimiyyətdə olduğu dövrdə də görüşlər olub, lakin "konkret mətləblər üzərində müzakirələr aparılmayıb".
"İki prezidentin görüşündən sonra müəyyən mətləblər üzərində həqiqətənkostruktiv fikir mübadiləsi başlanıb", - deyə Belousov vuirğulayıb.
Xatırladaq ki, Rusiya və ABŞ-ın hazırkı prezidentləri arasında ilk görüş iyunun 16-da Cenevrədə baş tutub. Bundan sonra tərəflər arasında strateji sabitliyə dair danışıqların iki raundu keçirilib. Son görüşün yekunu olaraq tərəflər iki işçi qrupun yaradılması barədə razılığa gəliblər.
Həmçinin oxuyun:
ABŞ prezidenti Avropada: Rusiyanı necə peşman edəcəklər?