AZƏRBAYCAN XƏBƏRLƏRİ

Neft Fondundan dövlət büdcəsinə transfertlər artacaq

Sputnik
BAKI, 6 noyabr — Sputnik. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 12 milyard 710 milyon manat nəzərdə tutulur. Sputnik Azərbaycan xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əks olunub.
Transfertlər 2021-ci ilin proqnozu, gözləniləni və 2020-ci ilin icra göstəriciləri ilə müqayisədə 510 milyon manat və ya 4,2 faiz çoxdur.
Bələdiyyələrə çəkilən xərclər artırılır
Gələn il Azərbaycanda dövlət büdcəsindən bələdiyyələrə 10,9 milyon manat vəsait ayrılacaq. Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,9% çoxdur.
Həmin vəsaitin 5,3 milyon manatını yerli özünüidarəetmə orqanlarının gəlir və xərclərinin tənzimlənməsi üçün dotasiya, 1,3 milyon manatını məqsədli xərclər üçün subvensiya, 4,3 milyom manatını isə su təchizatı qurğularının istismarı və onlara xidmətlə bağlı xərclər üçün subsidiya təşkil edəcək.
Həmçinin oxuyun:
Gələn il dövlət büdcəsindən təhsilə nə qədər vəsait ayrılacaq?