AZƏRBAYCAN XƏBƏRLƏRİ

Koronavirus xəstəsi ictimai yerdə aşkarlandı

Həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb.
Sputnik
BAKI, 6 noyabr — Sputnik. Şəkidə aktiv koronavirus xəstəsi polis əməkdaşları tərəfindən ictimai yerdə aşkar olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, şəhər sakini Rəşad Məmmədova ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.
Həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb.
R.Məmmədov barəsində Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.