CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ərazilərimizin minadan təmizlənməsinə daha 500 min dollar vəsait ayrılıb

Səfirlik: Münaqişə zonasında mövcud olan mina və partlamamış sürsatlar mülki əhali arasında olüm və yaralanma hallarına səbəb olur, iqtisadi inkişafa və məcburi köçkünlərin qayıtmasına maneə törədir.
Sputnik
BAKI, 6 noyabr — Sputnik. Birləşmiş Ştatlar bölgədə sülhün və əməkdaşlığın inkişafı məqsədilə 2020-ci ilin payızında Cənub Qafqazda Ermənistan və Azərbaycan arasında yer alan intensiv atışma nəticəsində zərər cəkmiş ərazilərdə humanitar minətəmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün 500 min ABŞ dolları məbləğində yardımın ayrılmasını bəyan etməkdən məmnundur.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda deyilib.
Məlumatda deyilir ki, münaqişə zonasında mövcud olan mina və partlamamış sürsatlar mülki əhali arasında olüm və yaralanma hallarına səbəb olur, iqtisadi inkişafa və məcburi köçkünlərin qayıtmasına maneə törədir.
ABŞ-ın maliyyə yardımı təhlükə mənbəyi olan mina və partlamamış sürsatların zərərsizləşdirilməsi ilə məşğul olan təşkilatların texniki bacarıqlarının inkişafına təkan verəcək. Bu səylər insanların təhlükəsizliyinin təminatı və məcburi köçkünlərin öz torpaqlarına qaydaraq yeni həyat başlamaqları üçün vacib rol oynayır.
Birləşmiş Ştatlar dünyada adi silahların məhv edilməsi sahəsində ən çox maliyyə ayıran dövlətdir. ABŞ 1993-cü ildən bəri beynəlxalq sülhün və təhlükəsizliyin inkişafı üçün 100-dən çox dövlətə 4 milyard dollardan artıq vəsait ayırmışdır. Bu vəsait mina və partlamamış sürsatların mülki əhaliyə yaratdıqları təhlükələrin aradan qaldırılmasına istifadə olunub.
Erika Olson dövlət departamentinin avropa və avrasiya məsələləri üzrə bürosunda yeni təyin olunmuş dövlət katibinin köməkçisinin müavinidir. O, regional əməkdaşlığın inkişafı habelə ikitərəfli münasibətlərin irəliləməsi məsələlərinin müzakirəsi məqsədilə Ermənistana, Azərbaycana, və Gürcüstana səfər edir.
Qeyd edək ki, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olson arasında görüş olub.
Report-un xəbərinə görə, amerikalı diplomata Azərbaycanın işğaldan azad edilən ərazilərində həyata keçirilən minatəmizləmə əməliyyatları, planlaşdırılan layihələr barədə məlumat verilib.
Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer də iştirak edib.