6 noyabr – Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. 1926-cı il məhz bu gün Azərbaycan radiosu fəaliyyətə başlayıb və həmin vaxtdan bu tarix radio işçilərinin peşə bayramı kimi qeyd edilir. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı!" ifadəsi ətrafa yayılıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilmə imkanı yaradılmışdı. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.
Bu günlə bağlı Sputnik Azərbaycan-nın müxbiri şəhərin mərkəzi küçələrindən birində sorğu keçirib. Sorğunun nəticələrini daha ətraflı videomuzda izləyə bilərsiniz.