DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bakıdan İstanbula uçan təyyarə başqa aeroporta enib - Səbəbi açıqlandı

Türk Hava Yollarının (THY) mətbuat müşaviri Yəhya Üstün vəziyyətin gün ərzində davam edəcəyi və uçuşlarımızda təxirə salınma və ya gecikmələr olacağını bildirib.
Sputnik
BAKI, 6 noyabr - Sputnik. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəməsi - "Buta Airways"in Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçen Beynəlxalq Hava Limanına uçan sərnişin təyyarəsi əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən şəhərin yeni hava limanına enib. Bu barədə Sputnik Azərbaycan-a aviaşirkətdən məlumat verilib.
Məlumata görə, təyyarə yerli vaxt ilə saat 10:50-da uğurlu eniş edib. Əgər hava səraiti imkan versə, avialayner sərnişinləri Sabiha Gökçən aeroportuna daşımaq üçün yenidən havaya qalxacaq.
Qeyd edək ki, Türk Hava Yollarının (THY) mətbuat müşaviri Yəhya Üstün İstanbul və Ankarada öz təsirini göstərən sıx dumanla bağlı açıqlama verib. Sıx dumanın Sabiha Gökçen və Ankara Esenboğa hava limanlarında fəaliyyətə təsir etdiyini bildirən Üstün, vəziyyətin gün ərzində davam edəcəyi və uçuşlarımızda təxirə salınma və ya gecikmələr olacağını bildirib.
Türkiyə mətbuatı qeyd edir ki, İstanbul və Ankarada səhər saatlarından etibarən sıx duman təsirini göstərməyə başlayıb.