FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bakıda "Böyük dəbilqə": Cüdoçularımız günü iki medalla başa vurdular

Bakıda keçirilən cüdo üzrə "Böyük dəbilqə" turnirinin ikinci gününün ən gözlənilməz nəticəsi Azərbaycan komandasının lideri Rüstəm Orucovun uğursuz çıxışı oldu.
Sputnik
BAKI, 6 noyabr — Sputnik. Azərbaycan cüdoçuları Bakıda keçirilən "Böyük dəbilqə turnirinin ikinci günündə iki bürünc medal qazanıblar.
1 / 12

Medallardan birini 73 kq çəki dərəcəsində Hidayət Heydərov qazanıb. Cüdoçumuz ilk görüşdə Mixael Adam (Almaniya) üzərində qələbə qazansa da, dörddəbir finalda rusiyalı Mahmadbek Mahmadbekova uduzub.

2 / 12

Təsəlliverici görüşdə qırğızıstanlı Ertut Turdubayevi məğlub edən cüdoçumuz bürünc medal uğrunda qarşılaşmaya vəsiqəni təmin edib.

3 / 12

Üçüncü yer uğrunda qarşılaşmada almaniyalı Lukas Vennekola qalib gələn H.Heydərov turnirin bürünc medalına sahib çıxıb.

4 / 12

Digər bürünc medalı 81 kiloqram çəki dərəcəsində çıxış edən Elcan Hacıyev qazanıb.

5 / 12

Belə ki, ilk qarşılaşmasında yaponiyalı Yomişiçi Kamoçini məğlub etsə də, dörddəbir finalda türkiyəli Vedat Albayraka uduzan cüdoçumuz təsəlliverici görüşdə macarıstanlı Atilla Unqvarini məğlub edib.

6 / 12

Bürünc medal uğrunda komanda yoldaşı Hasil Cəfərovla qarşılaşan E.Hacıyev rəqibinə vazari xalı ilə qalib gələrək üçüncü yeri tutub.

7 / 12

İkinci günün ən gözlənilməz nəticəsi cüdo üzrə Azərbaycan yığmasının lideri Rüstəm Orucovun (73 kq) uğursuz çıxışı olub. Orucov elə ilk görüşdə yaponiyalı Kenu Oyeşiyə məğlub olaraq çıxışını dayandırıb.

8 / 12

Görünür, Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Tokio olimpiadasında uğursuz çıxışından sonra özünə gəlməyib.

9 / 12

"Böyük dəbilqə" turnirinin ikinci günündə çıxış edən digər azərbaycanlı idmançılardan heç biri medal qazan bilməyiblər.

10 / 12

Turnirin birinci günündə isə təmsilçilərimiz Orxan Səfərov (66 kq) qızıl, İçinxorloo Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq) bürünc medal qazanıblar.

11 / 12

Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan “Böyük Dəbilqə” turnirinə noyabrın 7-də yekun vurulacaq.

12 / 12

İyirmi doqquz ölkədən 200-ə yaxın cüdoçunun iştirak etdiyi mötəbər yarışda Azərbaycan geniş heyətlə - 33 cüdoçu ilə təmsil olunur.