DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Azərbaycanla Çin arasında məhkumların verilməsi haqqında müqavilə imzalanıb

Xarici işlər nazirinin müavini Xələf Xələfov və Çinin Azərbaycandakı səfiri xanım Qo Min arasında görüş keçirilib.
Sputnik
BAKI, 6 noyabr — Sputnik. Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf XələfovÇin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüş zamanı "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında Müqavilə" ilə əlaqədar ratifikasiya sənədlərinin mübadiləsi həyata keçirilib və müvafiq Protokol imzalanıb.
Həmçinin oxuyun:
Əli Hüseynli böyük amnistiya aktı haqda: "İkinci hissədə məhdudiyyətlər qeyd olunub"