RUSİYA

ABŞ-ın Rusiyaya münasibətdə yol verdiyi üç ölümcül səhv - Ekspert

Ekspert hesab edir ki, ABŞ Rusiyanın köməyi ilə Pekinin öhdəsindən daha rahat gələ bilərdi.
Sputnik
BAKI, 6 noyabr - Sputnik. Xorvatiyanın Geopolitika.news məcmuəsinin eksperti Zoran Meter Vaşinqtonun Rusiyaya münasibətdə yol verdiyi səhvləri sadalayıb.
"ABŞ elitası sanki paralel reallıqda yaşayırmış kimi, inadla Rusiyaya münasibətdə illüziyalarına inanmaqda davam edir", — deyə məcmuədə dərc olunan yazının müəllifi bildirir.
Onun qənaətinə görə, ABŞ-ın bu istiqamətdə ilk səhvi Moskvanın Ağ Evin qanadları altına "qayıdacağına" ümid bağlaması olub.
"Hələ soyuq müharibədə qələbə dövründən ABŞ Rusiyaya münasibətdə tamamilə səhv siyasət irəli sürüb və bununla da mümkün olmayan bir şeyə nail olub", — deyə Meter bildirir.
Analitik hesab edir ki, SSRİ-nin süqutundan sonra ABŞ daim Moskvanı boş vədlərlə alçaldıb və bununla da Rusiyanın "geosiyasi intibahına" təkan verib.
İkinci səhv - Vaşinqtonun soyuq müharibədə qələbənin sehrindən bihuş olaraq dünya hökmranlığı yolunda Rusiyanın yeganə maneəyə çevrilməsidir.
"Rusiya və ya Moskva ilə birlikdə ABŞ Çinin öhdəsindən daha asanlıqla, birdəfəlik gələ bilərdi", — deyə Meter bildirir.
Analitikin fikrincə, üçüncü səhv ABŞ-ın Moskva ilə Tokio arasında Cənubi Kuril adaları ilə bağlı mübahisədə tutduğu mövqedən irəli gəlir.
Jurnalist misal olaraq Yaponiyanın baş naziri Fumio kisidanın sözlərini gətirir. Yaponiyalı nazir həmin adaları ölkəsinin suveren ərazisi adlandırıb və bundan sonra Rusiya və Çin Yapon dənizində hərbi-dəniz təlimlərinə başlayıblar.
Meter onu da qeyd edir ki, Tokio bütün bunlra baxmayaraq Rusiyadan sıxılmış təbii qaz almaqda da davam edir.