FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

"Zəfər sərgisi" – Azərbaycanın qələbəsi ən yaxşı rəssamların gözü ilə

Sərgidə Azərbaycanın tanınmış fırça ustalarının vətənpərvərlik mövzusuna həsr etdikləri əl işləri nümayiş olunur.
Sputnik
Muzey Mərkəzinin İncəsənət Qalereyasında məşhur rəssamların Qarabağa və 44 günlük Vətən müharibəsindəki qələbəmizə həsr olunmuş "Zəfər sərgisi" adlı ekspozisiya açılıb. Layihənin təşkilatçıları Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Muzey Mərkəzidir. Sərgidə rəssamların yüzdən çox əsəri nümayiş olunur.
1 / 14

Muzey Mərkəzinin İncəsənət Qalereyasında məşhur rəssamların Qarabağa və 44 günlük Vətən müharibəsindəki qələbəmizə həsr olunmuş "Zəfər sərgisi" adlı ekspozisiya.

2 / 14

Muzey Mərkəzinin İncəsənət Qalereyasında "Zəfər sərgisi".

3 / 14

Layihənin təşkilatçıları Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Muzey Mərkəzidir..

4 / 14

Sərgidə rəssamların yüzdən çox əsəri nümayiş olunur.

5 / 14

Muzey Mərkəzinin İncəsənət Qalereyasında "Zəfər sərgisi".

6 / 14

Sərginin açılış mərasimində Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov da iştirak edib.

7 / 14

Sərgidə rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət nümunələri - müxtəlif nəsilləri təmsil edən rəssamların, o cümlədən müəyyən janrın tanınmış ustalarının əsərləri nümayiş olunub.

8 / 14

Sərgidə təqdim olunan əsərlər arşında xalçaçı-rəssam Eldar Hacıyevin "Qələbə" adlı əl işi xüsusilə seçilir.

9 / 14

Sərgidəki əksər əsərlər tamaşaçıların gözü qarşısında Qarabağ mənzərələrini canlandırır.

10 / 14

Muzey Mərkəzinin İncəsənət Qalereyasında "Zəfər sərgisi".

11 / 14

Son onillikdə yaradılmış bir sıra rəsm əsərləri isə Qarabağın işğalı ilə müşayiət olunan kədərli hadisələrə həsr olunub.

12 / 14

Muzey Mərkəzinin İncəsənət Qalereyasında "Zəfər sərgisi".

13 / 14

Belə əsərlərin içində Asim Rəsuloğlunun qeyri-adi materialla – neftlə çəkdiyi "Xocalı qaçqınları" və "Şəhid anaları" adlı əsərləri də var.

14 / 14

Muzey Mərkəzinin İncəsənət Qalereyasında "Zəfər sərgisi".

Sərginin açılış mərasimində Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov da iştirak edib.
Sərgidə rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət nümunələri - müxtəlif nəsilləri təmsil edən rəssamların, o cümlədən müəyyən janrın tanınmış ustalarının əsərləri nümayiş olunub. Onların arasında tanınmış fırça ustaları Səlhab Məmmədov, Siruz Mirzəzadə, Arif Hüseynov, Odtəkin Ağababayev, İrina Eldarova, İnna Kostina, Eldar Babazadə, Eldar Hacıyev, Orxan Hüseynov, Nazim Rəhman, Natiq Fərəcullazadə, Rza Avşar, Nizami Atayev, Hacımirzə Fərzəliyev, Asim Rəsuloğlu və başqaları da var.
Azərbaycanın Xalq rəssamı Səlhab Məmmədov "Payız ağacı" adlı əsərini məxsusi olaraq bu sərgi üçün yaradıb. Rəssam bildirib ki, digər həmkarları kimi o da ötən bir il ərzində Qarabağa həsr olunmuş bir neçə rəsm əsəri ərsəyə gətirib.
Rəssam Nigar Nərimanbəyova isə şəhid analarına həsr etdiyi əsəri ilə yanaşı, rəhbərlik etdiyi yaradıcılıq studiyasının tələbələrinin əl işlərini də sərgiyə təqdim edib.
"Uşaqlar bu əsərlərdə Vətənə olan dərin sevgilərini, şəhidlərin xatirəsinə hörmətlərini, azərbaycanlı əsgərinə duyduqları qürur hissini ifadə ediblər. Onlar gecə-gündüz bu əsərlər üzərində çalışıblar ki, sərgiyə kiçik də olsa, öz töhfələrini verə bilsinlər", – deyə Nərimanbəyova vurğulayıb.
Rəssam xanım "Paris, mən səni sevirəm" silsiləsindən olan "Nostalgiya" adlı rəsm əsərini Yaşat Fonduna təqdim etdiyini də bildirib. Həmin əsər artıq Fransada və Bakıda nümayiş olunub.
"Əsər bütün kataloqlarda böyük maraqla qarşılansa da, mən bilərəkdən onu satmadım. Və bu əsəri Yaşat Fonduna təqdim etdim ki, onların vasitəsilə satılsın, əldə olunan gəlir isə şəhid ailələrinə verilsin. Onun satışından əldə olunacaq pulla bir neçə ailəni təmin etmək mümkündür", – deyə Nərimanbəyova qeyd edib.
Sərgidəki əksər əsərlər tamaşaçıların gözü qarşısında Qarabağ mənzərələrini canlandırır. Məsələn, Odtəkin Ağababayevin "Kəlbəcər" və "Qarabağ", Namiq Fərəcullazadənin "Xudafərin körpüsü", Nazim Məmmədovun "Cıdır düzü", Namiq İbadullayevin "Şuşa. Yuxarı Gövhər ağa məscidi" kimi əsərlər buna gözəl nümunədir.
Son onillikdə yaradılmış bir sıra rəsm əsərləri isə Qarabağın işğalı ilə müşayiət olunan kədərli hadisələrə həsr olunub. Belə əsərlərin içində Asim Rəsuloğlunun qeyri-adi materialla – neftlə çəkdiyi "Xocalı qaçqınları" və "Şəhid anaları" adlı əsərləri də var.
Sərgidə təqdim olunan əsərlər arşında xalçaçı-rəssam Eldar Hacıyevin "Qələbə" adlı əl işi xüsusilə seçilir. Həmin xalçanın üzərində ilanın - düşmənin başını nalı ilə əzən Qarabağ atı təsvir olunub. Xalçanın üstündə həmçinin, Qarabağın nazəndə çiçəyi Xarıbülbül və Qarabağ xalçalarının ornamentləri də öz əksini tapıb. Bu xalça üç aya ərsəyə gəlib.
"Zəfər sərgisi"ndə nümayiş olunan əsərlər arasında Siruz Mirzəzadənin "Mələklər də deyir: "Qarabağ Azərbaycandır", Səlhab Məmmədovun "Payız ağacı", Nizami Atayevin "Qalib əsgər", Eldar Babazadənin "44 gün", Əbülfəz Səmədovun "Qələbə", Oqtay Quliyevin "Artilleriya", İrina Eldarovanın "Zəfər Günü", Elşən Sərxanoğlunun "Qələbə marşı", Rasim Rzanın şəhidlərə həsr etdiyi maraqlı əl işləri də diqqəti cəlb edir.