HADİSƏ

Qanlıgöl ərazisinə yük maşınları ilə zibil boşaldanlar cərimələndilər

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin tələblərini pozduqlarına görə həmin yük avtomobillərinin sürücüləri barəsində protokollar tərtib edilib.
Sputnik
BAKI, 5 noyabr — Sputnik. Polis orqanları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Yasamal rayonunun Qanlıgöl ərazisində “Kamaz” və “Qazel” markalı 3 yük avtomobili ilə məişət və digər qarışıq tullantıların boşaldılaraq qalaqlanması aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə həmin yük avtomobillərinin sürücüləri barəsində protokollar tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.