VİDEO

Bakı sakinləri Zəfər Gününə necə hazırlaşırlar

Sputnik Azərbaycan 8 Noyabr Zəfər Günü ilə bağlı paytaxtımızda sorğu keçirib. Daha ətraflı - videomuzda.
Sputnik
Müzəffər Ordumuzun səyi nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevrildi, işğal altında olan torpaqlarımız azad olundu.
Noyabrın 8-də iyirmi səkkiz illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən, Qarabağın baş tacı Şuşa şəhəri erməni işğalçılardan təmizləndi. Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək möhtəşəm hərbi əməliyyatlardan biri oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə hər il noyabrın 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsinə qərar verdi.