BAKI, 5 noyabr — Sputnik. Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları - 0,9% azalaraq 83,99 dollar təşkil edib. Həftə ərzində neftin qiymətində ən yüksək göstərici bazar ertəsi qeydə alınıb və 1 barelin qiyməti 88,19 dollar təşkil edib, ən minimal göstərici isə cümə axşamı qeydə alınıb və 85,78 dollar səviyyəsində olub.
Xatırladaq ki, ötən həftə ərzində (25-29 oktyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 87,04 ABŞ dollarına bərabər olub. Bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,63 dollar və ya 0,73% çoxdur.