CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zərdabda yaşayış evində keçirilən toy məclislərində artıq qonaq olduğu aşkarlanıb

Yoxlamalar zamanı rayonun Otmanoba və Əlvənd kəndlərində yerləşən fərdi yaşayış evlərində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.
Sputnik
BAKI, 4 noyabr — Sputnik. Zərdab Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşları karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə tədbirlər keçiriblər. Tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisləri müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Otmanoba və Əlvənd kəndlərində yerləşən fərdi yaşayış evlərində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.
Qayda pozuntusuna yol vermiş ev sahibləri E.Abdullayeva və V.Abdullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.