SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yaxın günlərdə Azərbaycan və Ermənistan XİN başçıları görüşə bilərlər

Ermənistanın xarici işlər nazirinin müavini Vaqe Qevorkyan Ceyhun Bayramovla Ararat Mirzoyanın Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə görüş keçirəcəyini istisna etməyib.
Sputnik
BAKI, 4 noyabr — Sputnik. Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov yaxın vaxtlarda görüşə bilərlər. Sputnik Armenia xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vaqe Qevorkyan bildirib.
O, həmsədrlərin vasitəçiliyi ilə yeni bir görüşün keçiriləcəyini istisna etməyib.
Qeyd edək ki, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub.
Görüşlərdə bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı məlum mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.