BAKI, 4 noyabr - Sputnik. Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində baş vermiş hadisə ilə bağlı birgə məlumat yayıblar.
Dövlət Sərhəd Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabr ayının 4-də saat 17:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Əhmədov Tural Əkrəm oğlu AQS-17 silahından atəş açarkən bədbəxt hadisə nəticəsində qəlpə yarası alıb.
Hərbi qulluqçunun təxliyəsi üzrə dərhal tədbirlər görülsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.
Allah rəhmət eləsin!