AZƏRBAYCAN XƏBƏRLƏRİ

İlham Əliyev Ukraynanın sabiq prezidenti və İsrailin sabiq XİN rəhbərini qəbul edib

Pandemiyaya baxmayaraq, Bakıda yenidən təşkil olunan bu tədbirdə xeyli sayda nüfuzlu qonaqların iştirak etməsi Foruma və ölkəmizə olan marağın təzahürü kimi qiymətləndirilib.
Sputnik
BAKI, 4 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenkonu qəbul edib.
Sputnik Azərbaycan xəbər verir ki, görüşdə "COVID-19-dan sonrakı dünya" adı altında VIII Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirilməsinin önəmi vurğulanıb.
Pandemiyaya baxmayaraq, Bakıda yenidən təşkil olunan bu tədbirdə xeyli sayda nüfuzlu qonaqların iştirak etməsi Foruma və ölkəmizə olan marağın təzahürü kimi qiymətləndirilib.
Söhbət zamanı tədbir iştirakçıları arasında səmərəli əməkdaşlığın həyata keçirilməsi də məmnunluqla qeyd edilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini qəbul edib.
Prezident İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib
"Report" xəbər verir ki, görüşdə "COVID-19-dan sonrakı dünya" mövzusunda növbəti Qlobal Bakı Forumunun önəminə toxunulub, Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışının böyük maraqla qarşılandığı bildirilib.
Vurğulanıb ki, tədbirdə çox sayda mötəbər qonağın iştirak etməsi Qlobal Bakı Forumunun əhəmiyyətini bir daha nümayiş etdirir.
Söhbət zamanı bu Forumun pandemiyadan sonrakı dövrdə beynəlxalq birliyin üzləşdiyi məsələlərin müzakirə edildiyi ilk tədbirlərdən biri olduğu məmnunluqla qeyd edilib.
Həmçinin oxuyun:
Biz sülh danışıqlarına başlamağa, sülh müqaviləsini imzalamağa hazırıq - İlham Əliyev